Az olan elm təcrübəsiz olan çox elmdən faydalıdır
Əsli etibarilə elm təcrübədən
daha üstündür. Lakin güclü təcrübə ilə yanaşı olan az elm təcrübəsiz olan çox elmdən daha faydalıdır.
Çünki elm aid olduğundan qeyri yerə qoyulduqda zərər verər, hətta bəzən bu halda elm cahillikdən də
ziyanlı olar. Ona görə ki , elm bir dərmandır, xəstəyə öz xəstəliyi üçün olmayan bir dərmanı
verməkdənsə onu heç verməmək daha yaxşıdır. Olur ki, elm elm olduğu halda cahili həlak edir, necə ki,
bəzən dərman dərman olduğu halda xəstəni həlak edir.
şeyx AbdulƏziz ət-Tarifi حفظه الله